İndiyənədək Trans-Anadolu kəməri (TANAP) vasitəsilə Türkiyəyə 29 mlrd. kubmetr qaz nəql edilib.
Banker.az xəbər verir ki, bu barədə Baki Enerji Forumunda çıxış edərkən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu ilin beş ayında TANAP-la 6,8 mlrd. kubmetr qaz nəql edilib, ilin axırına kimi isə bu göstəricinin 16 mlrd. kubmetrə çatacağı gözlənilir.
Nazir əlavə edib ki, bu il Avropaya 10 mlrd. kubmetr qaz nəql ediləcək.