Pakistan 2021-ci ildə ABŞ-dan 13 milyon doza Pfizer peyvəndi alacaq.
Doon qəzeti bu barədə məlumat yayıb.
Dərmanın tədarükü Pfizer Pakistan və Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) arasında imzalanan bir müqavilə ilə müəyyən edilir.
“Pakistan hökuməti ilə işləməkdən və COVID-19 peyvəndini Pakistan xalqına ən qısa müddətdə çatdırmaqdan şərəf duyuruq” – deyə, Pfizer Pakistan Regional Müdiri Syed Mohammad Wajihuddin bildirib
Koronavirusun Yayılmasına Qarşı Mübarizə üzrə Milli Komandanlıq və Əməliyyat Mərkəzinin verdiyi məlumata görə, son 24 saat ərzində Pakistanda 663 yeni infeksiya hadisəsi aşkar edildi, pandemiya zamanı yoluxanların ümumi sayı 950 mindir, 894 min insan koronavirusdan sağalıb, ölənlərin sayı isə 22 034-ə çatıb.