17 C
Baku
Monday, April 29, 2024

Pakistan bankı Azərbaycanda zərər açıqladı

Pakistan Milli Bankının Bakı filialı bu ilin 3-cü rübünü 228 min manat zərərlə başa vurub. 2020-ci ilin eyni aylarında isə 315 min manat zərər etmişdir.

Banker.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28% azdır.

Yanvar-sentyabr aylarında Pakistan bankının gəlirləri 275 min manat (illik müqayisədə 7% az), xərcləri 515 min manat (16% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 12 min manat (6 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə Pakistan bankının aktivləri 9 milyon 652 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 19% azdır. Bunun 840 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 29.4% kiçilib.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər