11 C
Baku
Monday, November 18, 2024

Pakistan inflyasiyanı cilovlamaq üçün faiz dərəcəsini 21%-ə qaldırdı

Pakistanın Dövlət Bankı, hansı ki, mərkəzi bank funksiyasını həyata keçirir – nağd pul sıxıntısı olan ölkə rekord yüksək inflyasiyanı aşağı salmağı hədəflədiyi üçün çərşənbə axşamı uçot faiz dərəcəsini 100 baza bənd artırdı.

Banker.az xəbər verir ki, Pakistan Dövlət Bankının Pul siyasəti komitəsinin qərarı ilə uçot dərəcəsi indi 21% olub, bu, indiyə qədərki ən yüksək səviyyədir və istehlak qiymətləri inflyasiyası bu günə qədər qeydə alınan ən yüksək səviyyədədir.

Qeyd edək ki, investorlar bu iclasda uçot faiz dərəcəsinin 200 əsas bəndlik faiz artımını gözləyirdilər.

Ölkədə istehlak qiymətləri indeksi (inflyasiya) illik 2023-cü ilin fevralında 31.5 təşkil edib.

242.9 milyon əhalisi olan ölkənin mərkəzi bankının strateji valyuta ehtiyatları fevral ayında cəmi $4.3 mlrd. olub.

Ötən ilin əvvəlində 1 dollar 176 pakistan rupisi (PKR) təşkil etdiyi halda, son illərdə böyük devalvasiya yaşayıb və cari məzənnə 287 rupi təşkil edir.

Son xəbərlər
Digər xəbərlər