7 C
Baku
Sunday, December 15, 2024

Pakistan kapitallı lizinq şirkətinin gəlirləri azalıb

“MCB Lizinq” QSC 1 yanvar 2019-cu il tarixinə cəmi aktivlkərini 8,76 mln. manata çatırıb. Bu lizinq şirkətinin son 1 il ərzində 4% artırması deməkdir.

Banker.az bu barədə Lizinq Şirkətinin 2018-ci il üzrə audi hesabatına istinad edir. Cəmi aktivlərinin 4,2 mln. manatı  maliyyə lizinqi üzrə investistalar təşkil edib.

“MCB Lizinq”in cəmi öhdəlikləri 1,59 mln. manat olub ki, bunun hamısı şirkətin borc vəsaitləridir.

“MCB Lizinq”in maliyyə lizinqi üzrə faiz gəliri 1,63 mln. manat, faiz xərci 466 min manat təşkil edib. Ötən ilin eyni dövründə gəliri 1,75 mln. manat təşkil edirdi.

Lizinq şirkəti faiz gəlirlərini azaltmaqla yanaşı, xalis mənəətini də azaldaraq 505 min manata qədər azaldıb.

Bununla da illərdən yığılmış zərərinin həcmi 877 min manata qədər azalıb.

Son xəbərlər
Digər xəbərlər