6 C
Baku
Friday, March 1, 2024

Pakistan Senatı Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərib.

Bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Norveç Nobel Komitəsinə məktubunda bildirib.

“Rusiya-Ukrayna müharibəsi tezliklə bütün dünya üçün fəlakətlə bitə biləcək qaynar nöqtəyə çevrildi. O, (Ərdoğan) yorulmaz səyləri, hər iki tərəflə vaxtında və səmərəli qarşılıqlı əlaqəsi sayəsində qlobal fəlakətin qarşısını təkbaşına aldı”, – deyə məktubda vurğulanıb.

Sancrani prezident Ərdoğanı “hər zaman təkcə ölkəsinin deyil, bütövlükdə regionun və dünyanın inkişafı və çiçəklənməsi üçün çalışan əsl dövlət xadimi və lider” adlandırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər