Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün “Twitter” hesabında yazıb.
“Bu gün Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan Milli Bankının Bakı filialının (ləğvetmə prosesində olan) rəhbəri Sheix Axşam Ahmad ilə görüşdük. Görüşdə filialın Azərbaycandakı fəaliyyətinə görə təşəkkürümüzü bildirərək Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik”, – o qeyd edib.