Rusiya və Pakistan “Mir” ödəniş sisteminin tətbiqi imkanlarını müzakirə edirlər. Bu barədə Pakistanın energetika naziri Avais Leqari danışıb.
Onun sözlərinə görə, bu cür hesablamaların mexanizmi məsələsi hökumətlərarası komissiyanın işi çərçivəsində əsas məsələlərdən birinə çevrilib. Cənab Leqari ikitərəfli ticarətin daha da inkişafı və ölkələr arasında iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi üçün bu mövzu üzərində işləməyin vacibliyini qeyd edib.
Dekabrın 4-də Rusiya-Pakistan hökumətlərarası komissiyasının iclası keçirilib. İclas iştirakçıları birbaşa aviareyslərin açılması perspektivlərini, Pakistanda su elektrik stansiyalarının tikintisini, eləcə də neft tədarükünün artırılmasını müzakirə ediblər.
Noyabrın əvvəlində İran və Rusiyanın mərkəzi bankları ödəniş sistemlərinin inteqrasiyasının birinci mərhələsini başa vurdular, bu mərhələ çərçivəsində Rusiyanın “Mir” kartı rəsmi olaraq İranın “Shetab”ına qoşuldu.