Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub

Pakistan MCB bankının Azərbaycandakı törəməsi “MCB BOKT” QSC-nin Müşahidə Şurasına yeni üzv gəlib.

Banker.az xəbər verir ki, bu bardə səhmdarların Ümumi Yığıncağı qərar verib.

Belə ki, Rizvan Çuğtay (Rizwan Chughtai) Müşahidə Şurasına və Audit Komitəsinə üzv seçilib. O bu vəzifədə Omair Safdarini əvəz edib.

Rizvan Çuğtay Pakistandakı ana şirkətdə Baş Risk İnzibatçısı vəzifəsində çalışır.

Xatırladaq ki, “MCB”nin nizamnamə kapitalı 4.284 milyon manatdır. Şirkətin səhmlərinin böyük hissəsi (99.94%) Pakistanın “MCB Bank”ına, qalan 0.06%-lik payı isə İdarə Heyətinin sədri Rəmal Cəfərova məxsusdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər