10 C
Baku
Wednesday, December 11, 2024

Palata 1 ay öncə səhimləri satılan zavodu valyuta əməliyyatlarına görə cərimələyib

10 iyun 2019 (Banker.az) — Maliyyə Bazarlarına Nəzarət Palatası neft avadanlığının istehsalı ilə məşğul olan “Bakı neft maşınqayırma zavodu” ASC-ni xariclə valyuta əməliyyatları ilə bağlı məsələyə görə cərimələyib.

Banker.az saytının əldə etdiyi məlumata əsasən, “Bakı Neft Maşınqayırma Zavodu” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilnməsinə dair 112 ABŞ dolları məbləğində cərimə olunub.

Sabunçu Rayonu Məhkəməsində verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinə baxılır.

mbnp palata e1502715473600
Maliyyə Bazarlarına Nəzarət Palatası /Foto: Azərtac

Qeyd edək ki, bu maddəyə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

***

Düz bir ay öncə Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsini nəticəsini açıqlamışdı.

Müəssənin 97,35% səhmlərini alan fiziki şəxs (adı açıqlanmır) buna görə 4,7 mln. manat civarında pul ödəməli olub. 

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

Bakı Neft Maşınqayırma Zavodu
Bakı Neft Maşınqayırma Zavodu

Zavod Bakıda yerləşir və neft mədən avadanlığı və onların ehtiyat hissələrinin istehsalı ilə məşğul olur. Müəssisə 1934-cü ildə istifadəyə verilib. Hazırda zavodda 120 nəfər çalışır.

2019-cu il fevralın 1-nə müəssisənin nizamnamə kapitalı 16,1 mln. manat təşkil edir və qiymətli kağız üçün nominalı 2 manat təşkil edən 8,05 mln. səhmə bölünüb.

Son xəbərlər
Digər xəbərlər