6 C
Baku
Saturday, December 14, 2024

Palata 6 audit şirkətinin lisenziyasını ləğv edib

Azərbaycanda auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən Auditorlar Palatası 6 audit təşkilatının (şirkəti) lisenziyasını ləğv edib və ləğv edilən audit şirkətlərində əksəriyyətinin lisenziyasının müdddətinə hələ iki il qalır.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Belə ki, “Audit Planning and Strategy” MMC, “Max Audit” MMC, “Proqress Audit” MMC, “Rasional Audit” MMC, “Solutions Audit Services” MMC və “T. A. T Global Audit” MMC-nin lisenziyaları ləğv edilib.

“Audit Plannıng and Strategy” MMC-yə lisenziya 29.12.2022-dən 29. 12.2027-dək, “Max Audit” MMC-yə 07.12.22-dən 07.12.2027-dək, “Proqress Audit” MMC-yə 25.12.2020-dən 25.12.2025-dək, “Rasional Audit” MMC-yə 18.04.2023-dən 18.04.2028-dən, “Solutions Audit Servıces” MMC-yə 24.12.2023-dən 24.12.2028-dək və “T. A. T Global Audit” MMC-yə isə 30.04.2021-dən 30.04.2026-dək lisenziya təqdim etmişdi.

Xatırladaq ki, Azərbaycanın Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

“Auditor xidməti haqqında” qanuna əsasən, audit şirkəti Palatanın lisenziyası əsasında bazarda fəaliyyət göstərə bilir.

 

Son xəbərlər
Digər xəbərlər