-1 C
Baku
Tuesday, February 27, 2024

Maliyyə Palatası “Atabank”ın konsolidasiya prosesin nəzarətə götürüb

“Kapital çatışmazlığı ilə üzləşən və nəzarətə götürülən 5 bank kiçik banklardır”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Həmin banklardan birinin adını çəkə bilərəm ki, bu da “AtaBank” idi. Həmin bank artıq konsolidasiya prosesinə başlayıb və bizim qiymətləndirmələrimiz göstərir ki, birləşmə nəticəsində yaranacaq bankın kapitalı 85 mln. manat, adekvatlıq əmsalı isə təxminən 40% olacaq, bu isə bizim normalarımıza tam uyğundur. Bilirsiniz ki, “AtaBank”ın kapitalla bağlı problemi var idi, hətta müştərilər şikayət edərək bildirirdilər ki, ödənişlərdə müəyyən ləngimələr var. Lakin bütün bu problemlər aradan qalxdı. Digər banklar isə kiçik banklardır. Onların aktivlərinin ümumi bank sistemindəki xüsusi çəkisi 5%-dir. Ümid edirəm ki, yaxın 1 ay ərzində biz bu bankların da müvafiq qaydada kapitallaşmasını görəcəyik. Müddətlərin bir qədər ləngiməsinin əsas səbəbi kimi səhmdarların sırasında xarici investorlar olması və kapitalın bərpası planının müəyyən daxili prosedurlar tələb etməsindən irəli gəlir”, – deyə R.Aslanlı bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər