Palata: Bəzən müşahidə kameralarındakı görüntülərlə “Forma 4” arayışında yazılanlar fərqlənir

0
Maliyyə Bazarlarına Nəzarət Palatası /Foto: Azərtac

“Bəzən baş vermiş sığorta hadisəsi ilə bağlı müşahidə kamerasındakı görüntülərlə “Forma 4” arayışındakı yazılanlar fərqlənir”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Sığorta fəaliyyətinə nəzarət departamentinin nümayəndəsi Firdovsi Ağaşirinov bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, bu halda Palata “Forma 4”ə istinad etməklə sığorta şirkətlərinə göstəriş verir.

“Bu isə haqsızlıq kim qəbul olunur. Sığorta şirkətləri hüquq-mühafizə orqanlarına müraciət edirlər”, – deyə o, qeyd edib.

F.Ağaşirinovun sözlərinə görə, əgər dələduzluq halı mövcuddursa Palata da bu məsələnin hüquq-mühafizə orqanlarının köməyi ilə və yaxud məhkəmə yolu ilə həll olunmasını tövsiyə edir.

Report