26 C
Baku
Friday, April 19, 2024

Palata daha bir şirkəti cərimələyib

Nizami Rayon Məhkəməsində “A-kond 1” Qapalı Səhmdar Cəmiyyətinin inzibati qaydada cərimə edilməsi barədə qərar verilib.

Report agentliyi xəbər verir ki, Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qərara əsasən, “A-kond 1” QSC 3260,44 avro (16300,22 avro məbləğinin iyirmi faizi miqdarında) cərimə edilib.

Nizami Rayon Məhkəməsinin 8 iyun 2019-cu il tarixli qərarından QSC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“A-kond 1” QSC kondisoner idxalı, isitmə və havalandırma sistemlərinin qurulması ilə məşğul olan şirkətdir.

Son xəbərlər
Digər xəbərlər