10 C
Baku
Thursday, December 12, 2024

Palata informasiya təhlükəsizliyinə dair növbəti təlim keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə sektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyinin qorunması və xarici təhlükələrə qarşı mübarizə yollarına həsr olunmuş “Maliyyə sektorunda təhlükəsizlik və İT təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi” mövzusunda təlim keçirib. Təlimdə 20 bank və 6 sığorta şirkətinin təhlükəsizlik üzrə məsul şəxsləri iştirak edib.

Tədbirdə Palatanın mütəxəssisləri tərəfindən bank hesablarının və digər konfidensial məlumatların xaker hücumlarından qorunması, son zamanlar geniş yayılmış kriptoviruslarla mübarizə qaydaları, İT infrastrukturunun monitorinqi üçün informasiya təhlükəsizliyinin idarə olunması sistemi (SIEM), spam və ondan müdafiə yolları və digər mövzular barədə təqdimat nümayiş etdirilib. Təlimdə həmçinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə, problemlərin aradan qaldırılması və yeni həllər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər