Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat açıqlayıb.
Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30.09.2019-cu il tarixinə milli valyutada istehlak kreditilərinin orta faiz dərəcələri 24%-ə çatır.
Belə ki, milli valyutada istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 23%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 22%, avtomobil kreditləri üzrə 20%, Digər istehlak kreditləri üzrə 24% təşkil edib.
ABŞ dollarında istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 11%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 13%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 14%, avtomobil kreditləri üzrə 19%, Digər istehlak kreditləri üzrə 6% təşkil edib.