15 C
Baku
Thursday, March 28, 2024

Palata kredit təşkilatlarından 15 mln. manatdan artıq vəsait əldə edib

2018-ci ildə fəaliyyətinin yekunları üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əsas əməliyyat gəlirləri 20,033 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 33,6% çoxdur.

Bu barədə Palatanın 2018-ci ildə fəaliyyətinin yekunlarına dair maliyyə hesabatında deyilir.

2018-ci ildə sığorta və təkrarsığorta şirkətləri tərəfindən ödənişlər 2017-ci illə müqayisədə 36,7% – 4,102 mln. manatadək artıb, Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən isə 4,3 dəfə – 288 min manatadək azalıb.

Bundan başqa, hesabat dövründə Palata kredit təşkilatlarından 15,32 mln. manat (artım 44,4%), sair daxilolmalardan 323 min manat (artım 2,3 dəfə) əldə edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs 2016-cı ilin mart ayında yaradılıb. Palata Azərbaycanda maliyyə bazarlarının peşəkar iştirakçılarının fəaliyyətini tənzimləyir.

Son xəbərlər
Digər xəbərlər