1 C
Baku
Saturday, December 14, 2024

Palata ləğv edildən sonra da FHN barəsində cərimə protokolu tərtib edilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi barəsində xariclə valyuta əməliyyatlarına görə, cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İnzibati xətanın obyekti olmuş inzibati xətanın obyekti olmuş 270 900 ABŞ dollarının iyirmi faizi məbləğində, yəni 54 180 ABŞ dolları miqdarında inzibati qaydada cərimə edilməsi gözlənilir.

Lakin buna görə, Fövqəladə Hallar Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatası sahib idi. 28 noyabrdan tənzimləyici orqan kimi MBNP ləğv edilib və bütün səlahiyyəti və əmlakı Azərbaycan Mərkəzi Bankına ötürülüb. Protokol isə göründüyü kimi 17 dekabr 2019-cu ildə tərtib edilib.

Bildirək ki, MBNP-nin ləğv edilməsinə 8 qalmış FHN barəsəində 331 000 avro həcmində cərimə protokolu tərtib edilmişdi.

İXM-nin bu maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Son xəbərlər
Digər xəbərlər