5 C
Baku
Saturday, December 14, 2024

Palata: “MDB ölkələri arasında Azərbaycanda olan işsizlik səviyyəsi qənaətbəxşdir”

Hesablama Palatası (Palata) işsiz şəxslərin sayının azalma dinamikasına malik olmasına baxmayaraq, ümumi işsizlərin yaş qrupları üzrə bölgüsündə 15-29 yaşlı şəxslərin xüsusi çəkisinin yüksək olmasını diqqətə alaraq bu istiqamətdə əsaslı tədbirlərin görülməsinin vacib olması qənaətindədir.

Bu barədə Palatanın İşsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə rəyində deyilir.

Banker.az Palataya istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2022-ci ilin 1 yanvar tarixinə işsiz kimi qeydiyyata alınmış şəxslərin sayı 342,3 min nəfər olub, 2022-ci ilin I yarısında 15,1 min nəfər işsiz kimi yeni qeydiyyata alınıb, 28,8 min nəfər, o cümlədən bunlardan 4,3 min nəfəri Agentliyin xətti ilə işlə təmin edildiyi üçün qeydiyyatdan çıxarılıb. 2023-cü il 1 yanvar tarixinə işsiz şəxslərin sayının 137,2 min nəfər azalaraq 205,0 min nəfər olması gözlənilir.

2022-ci il 1 yanvar tarixinə ümumi işsizlərin yaş qrupları üzrə xüsusi çəkidə payı 15-24 yaş intervalı üzrə 26,1%, 25-29 yaş intervalı üzrə 27,4%, 30-34 yaş intervalı üzrə 14,3%, 35 və yuxarı yaş intervalı üzrə 32,2% olub. Palatanın rəyinə görə, 2023-cü il 1 yanvar tarixinə bu göstəricinin müvafiq olaraq 27,0%, 28,3%,14,8% və 29,9% olması gözlənilir. Statistik hesabatlara əsasən MDB ölkələri arasında Azərbaycan Respublikasında olan işsizlik səviyyəsini qənaətbəxş hesab etmək olar. Belə ki, 2020-ci ildə işsizlik səviyyəsi 7,2%, o cümlədən qadınlar arasında 8,4%, 2021-ci ildə 6,0%, o cümlədən qadınlar arasında 7,0% olmuşdur.

ahgth

Son xəbərlər
Digər xəbərlər