20 C
Baku
Thursday, May 23, 2024

Palata sədri: “Gələn il ölkədə əlverişli makroiqtisadi mühit olacaq”

2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, gələn il Azərbaycanda əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.

“Ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə nəzərdə tutulur”, -deyə sədr əlavə edib.

O, həmçinin qeyd edib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda strateji məqsədlər üzrə əsas indikatorlarla bağlı hədəflər baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılması üçün diqqətdə saxlanılıb.

“2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş məlumatlarda “Büdcə sistemi haqqında” qanunun büdcə sisteminin vahidliyi, bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı təsbit edilmiş tələbləri təmin olunub, layihə vahid büdcə təsnifatı tətbiq edilməklə tərtib edilib”, – deyə V.Gülməmmədov əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər