Hesablama Palatası məxfilik rejiminə əməl olunmaqla keçirdiyi auditlərin nəticələrini açıqlamır.
Bunu Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
O, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə hədəfin 100% deyil, 63% olmasına aydınlıq gətirib.
“Nəzarət tədbirləri üzrə nəticələrin tam verilməməsinin digər səbəbi pozuntuların məbləğinin əhatə edilmiş məbləğə nisbətdə çox olmaması və fərqli xarakter daşımaması ilə bağlıdır”, – deyə V.Gülməmmədov əlavə edib.