16 C
Baku
Wednesday, May 22, 2024

Palata: Sahibkarlığın İnkişafı Fondu 131 mln. manat güzəştli krediti öz xərclərinə yönəldib

Sahibkarlığın İnkişafı Fondu güzəştli kredit vəsaitlərini məqsədyönlü istifadə etməyib.

Bu barədə Hesablama Palatasının keçirdiyi audit qiymətləndirməsində bildirilib. Belə ki, SİF 2021-ci il üzrə 77.2 milyon manat, 2022-ci illər üzrə isə 53.8 milyon manat olmaqlda, ümumilikdə 131 milyon manat güzəştli kredit vəsaitini özəl banklarda depozitə qoyub və qiymətli kağızlarda yerləşdirib. Qeyd edilib ki, banklarda depozitlərin yerləşdirilməsindən əldə edilən faiz gəlirləri həmin vəsaitlərlə birgə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin verilməsinə deyil, Fondun sərəncamında qalan vəsaitlərin artırılmasına və cari xərclərinin ödənilməsinə yönəldilib. Sözügedən vəsait 2021-ci ildə 1902 layihə üzrə sahibkarlıq subyektlərinə verilən 130.6 milyon manat güzəştli kreditin həcmindən 0.4 milyon manat çox olub.

Bundan əlavə, müvəkkil kredit təşkilatları ilə əməkdaşlığın təkmilləşdirilməsi yolu ilə sahibkarlıq subyektləri Fondun depozit vəsaiti hesabına bank krediti almasının Fondun vəsaiti hesabına daha əlverişli şərtlərlə güzəştli kreditlər üçün sahibkarlıq subyektlərinin müraciətlərinin stimullaşdırılmasına yönələn təsirli tədbirlər görülməyib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər