10 C
Baku
Friday, December 13, 2024

Palata və ABA arasında müzakirələr oldu, bankların mövqeyi dinlənildi

7 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri arasında MBNP tərəfindən hazırlanmış yeni prudensial normaların layihələrinin müzakirəsi ilə əlaqədar görüş keçirilib. Bu barədə Banker.az-a Assosiyasiyadan məlumat verilib.

Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev Palata tərəfindən yeni qaydaların formalaşdırılması zamanı banklarların mövqeyinin öyrənilməsi, banklar tərəfindən irəli sürülən təkliflərin müzakirə edilməsi məqsədi ilə bu cür görüşlərin keçirilməsinin çox müsbət hal olduğunu və bu formatda həyata keçirilən fikir mübadilələrinin qaydaların tətbiq mexanizminin effektivliyinin daha da artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulanlb.

Görüşdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın layihələri ilə əlaqədar Palata nümayəndələri təqdimatla çıxış etmiş və qeyd olunan layihələr üzrə bankların nümayəndələrinin mövqelərini dinlənilib.

Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov və həmin departamentin Prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov maraq doğuran məqamlarla əlaqədar bankların suallarını cavablandırılıb. Həmçinin bank nümayəndələri tərəfindən yeni qaydalarla əlaqədar təkliflər irəli sürülmüş və sonda bu təkliflərin qısa zaman ərzində ABA tərəfindən sistemləşdirilərək Palataya ünvanlanmasına qərar verilib.

Son xəbərlər
Digər xəbərlər