5 C
Baku
Thursday, February 22, 2024

Palata və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib

14 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti cənab Zakir Nuriyevin iştirakı ilə MBNP-nın rəhbərliyi və ABA-ya üzv olan bankların sədrləri arasında növbəti görüş keçirilmişdir.

Görüşdə bank-maliyyə sektorunun hazırkı vəziyyəti, mövcud çağırışlar və həlli yolları ilə əlaqədar fikir mübadiləsi aparılmış, bankların təklifləri dinlənilmişdir.
Sektor üzrə mövcud trendlər haqqında danışan Rüfət Aslanlı çıxışı zamanı ünvanlanan təkliflər ilə əlaqədar MBNP-nın mövqeyini görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Zakir Nuriyev MBNP-nın rəhbərliyinə bu tip görüşləri dəstəklədiklərinə görə təşəkkür etmiş, bu istiqamətdə olan müzakirələrin çox məhsuldar olduğunu bildirmişdir. O, öz çıxışı zamanı bank sektorunun SWOT təhlili haqqında ABA tərəfindən hazırlanmış analizi təqdim etmiş və mövcud situasiyanın yaxşılaşdırılması ilə əlaqədar təklifləri səsləndirmişdir.
Həmçinin iclas zamanı MBNP-nın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov bank sektoru ilə əlaqədar cari inkişaf meyilləri haqqında ətraflı məlumat vermiş, MBNP-nın həyata keçirdiyi təhlillərin nəticələrini açıqlamışdır.
Qeyd edək ki, görüşdə banklar Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində təmsil edilmişdir.

MənbəBBN
Son xəbərlər
Digər xəbərlər