13 C
Baku
Saturday, May 18, 2024

“Palata yaradılanda bunun əleyhinə idik”: Vahid Əhmədov ləğvə şərh verdi

Milli Məclisin deputatı Vahid Əgmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsinə də münasibət bildirib.

Əhmədov, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda bunun əleyhinə olduqlarını deyib.

“Onun yaradılması heç nə verə bilməzdi” – deyə deputat modern.az adlı portala açılamasında deyib.

“Ciddi səlahiyyətləri də yox idi. Məqsəd ondan ibarət idi ki, bank sistemində sağlamlaşdırma prosesi həyata keçirilsin. O cümlədən bank faizləri müəyyən dərəcədə aşağı salınsın. Baxmayaraq ki, cənab prezident müəyyən yardımlar etdi, əhalinin 10 min dollar kreditini silmək üçün bank sisteminə 620 milyon manata yaxın vəsait ayırdı. Ancaq bank sistemində ciddi dəyişiklik baş vermədi. Bütün bunları görən cənab Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi və əvvəlki qaydada Mərkəzi Banka birləşdirildi”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər