“Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində ciddi nöqsanlar vardı”.
Banker.az AzVison-a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər var idi: “Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Buna ciddi ehtiyac var və artıq ilkin müsbət nəticələr özünü göstərməkdədir”.