3 C
Baku
Saturday, December 14, 2024

“Palatanın işi dövlət siyasətinin icrasına nəzarət etmək olmalıdır”

“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin Parlamentin plenar iclasının gündəliyindən çıxarılması düzgün addımdır”.

Banker.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.

“Müstəqil ekspertlər ilk gündən dəyişikliyin əleyhinə çıxış edərək prosesin inzibati yolla yox, iqtisadi rıçaqlar vasitəsilə həll edilməsinə üstünlük verdiklərini bildirdilər.

Xəbərlərdə qeyd edilir ki, layhədən imtinanın səbəbi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub. Bu fikir doğrudur. Çünki Palatanın nəzarətedici və tənzimləyici qurumdan siyasət müəyyənləşdirici quruma çevilmək niyyəti qabarıq şəkildə özünü göstərir. Onun işi müəyyənləşdirilmiş maliyyə sektorunda dövlət siyasətinin icrasına nəzarət etmək olmalıdır.

Layihədə hətta kreditlər, komisyon haqları və digər ödənişlər üzrə yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti Azərbaycan Mərkəzi Bankına verilsəydi belə bu addım ekspertlər tərəfindən mənfi qiymətləndirilərdi. Çünki söhbət daha çox prosesə hansı institutun nəzarət etməsindən yox, mexanizmin məqsədəuyğun olmamasından gedir”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər