16 C
Baku
Thursday, March 28, 2024

Palma yağından hazırlanmış plastik pullar buraxılacaq

Banker.az saytının BBC-ə istinadən verdiyi xəbərə görə, İngiltərə bankı yeni 5 funtluq plastik banknotlarda heyvan yağından istifadə edilməsi ilə bağlı tənqidlər dalğasından sonra, plastik 20 funtluq banknotun istehsalında palma yağından istifadə edilməsini nəzərdən keçirir.

20 funtluq yeni banknot 2020-ci ildə dövriyyəyə buraxılacaq, lakin onun istehsalı ilə bağlı tender hələ ki, dayandırılıb. Bu isə 5 funtluq banknotda heyvan piyindən istifadə edilməsi ilə bağlı qalmaqaldan sonra İngiltərə bankının Britaniya pullarının nədən hazırlanmasına nəzarəti gücləndirilməsi ilə bağlıdır.

Qeyd edək ki, sözügedən bu qalmaqal ilin əvvəlində baş qaldırdı. 5 funtluq banknotların qadağan edilməsi ilə bağlı petisiyanı 100 mindən çox insan imzalamışdı. Lakin İngiltərə bankı yeni valyutanın istehsalı prosesini dayandırmasa da, bu məsələyə “bütün ciddiyyəti” ilə yanaşdığını dilə gətirdi.palm oil

Palma yağından istifadə banka bu qalmaqallardan qaçmağa kömək edə bilər. Lakin bank bu dəfə də ətraf mühitin qoruyucularının hiddətinə tuş gələ bilər.

Son xəbərlər
Digər xəbərlər