Azərbaycan pambıq ixracını 2022-ci ilin ilk 11 ayındakı nəticələrə əsaslansaq kəskin azaldıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr ayları ərzində xaricə 70 819 ton həcmində pambıq lifi, 7 984 ton isə pambıq iplik ixrac edib.
2021-ci ilin eyni dövründə ölkə xaricə 117 239 pambıq lifi və 16 851 ipliyi ixrac etmişdi.
İllik müqayisədə pambıq lifinin ixrac həcmi 46 420 ton və ya 40% azdır.
Pambıq lifini ixrac həcmi isə $163.05 milyon olub. İllik müqayisədə bu rəqəm isə cəmi 14% öncəki ildən zəifdir.
İxrac mmiqdarının dəyərdən daha çox olmasına səbəb pambığın hər tonunun bu il öncəki ildən 42% baha satmasıdır.
Azərbaycan xaricə ötən ilin ilk 11 ayında pambıq lifinin hər tonunu $1 623.6 ixrac edirdisə, bu rəqəm cari ildə $2 302.3-ə qədər yüksəlib.
Belə çıxır ki, bu il pambığın hər tonunda Azərbaycan öncəki ildən $678.7 əlavə gəlir əldə edir.
2022-ci ilin ilk 10 ayının nəticəsinə görə ixrac edilmiş pambığın $100.9-u “MKT İstehsalat Kommersiya” MMC tərəfindən həyata keçirilmişdi.
“Ağ qızıl”ın 90%-dən çoxu Türkiyəyə, qalan hissəsi isə İran və Banqladeşə ixrac edilir.