2 C
Baku
Sunday, December 15, 2024

Pambıq, qızıl, pomidor…- 184 milyon dollar artıb

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

2021-cu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (108,6 milyon ABŞ dolları)  birinci olub. Bu siyahıda qızıl ikinci (87,4 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (87 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

2021-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (44,7 milyon ABŞ dolları) birinci, qızıl (22,8 milyon ABŞ dolları)  ikinci və kartof  (19,2 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər