12 C
Baku
Friday, March 29, 2024

“Panasonic” ABŞ qadağalarına görə “Huawei” ilə əməkdaşlığı kəsib

Yaponiyanın “Panasonic” korporasiyası Çinin “Huawei” şirkəti ilə bütün ticarət əməliyyatlarını dayandırıb. Bu barədə “Panasonic” in bəyanatına istinadən NHK məlumat verib.

Banker.az xəbər verir ki, Korporasiya bu qərarın ABŞ hökumətinin “Huawei” komponentlərin tədarükünə qadağa qoyması ilə əlaqəli olduğunu qeyd edir.

“Biz ABŞ-ın ixrac nəzarəti qanunlarına əməl edirik, bu qərarın qəbul edilməsi də məhz bununla bağlı olub” – deyə “Panasonic” də qeyd ediblər.

Reuters agentliyinin verdiyi məlumata görə, “Panasonic” saytının Çin versiyasında şirkətlər arasındakı əməkdaşlığın eyni şəkildə davam etməsi barədə məlumat yerləşdirilmişdir.

Mayın 16-da ABŞ prezidenti Donald Trump informasiya və kommunikasiya şəbəkələrinin qorunması üzrə hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirmək məqsədilə ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını elan edib. Bu ilin əvvəlində isə ABŞ rəsmiləri “Huawei” i İrana qarşı sanksiyaların pozulması ilə əlaqəli texnologiya oğurluğunda və fırıldaqçılıqda ittiham ediblər. Çin şirkəti bütün ittihamları rədd edib.

Son xəbərlər
Digər xəbərlər