6 C
Baku
Sunday, December 15, 2024

“Panasonic” şirkəti “Tesla”dakı payını satıb

Yaponiyanın “Panasonic” şirkəti 2021-ci il 31 mart tarixində başa çatan maliyyə ili bitməmiş “Tesla”dakı payını satıb. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Korporasiyanın Amerika avtomobil istehsalçısının səhmlərinin satışından əldə etdiyi məbləğin miqdarı açıqlanmır. Nəşr onun 380 milyard yendən (3.4 milyard dollar) başladığını ehtimal edir.

Xatırladaq ki, 2010-cu ildə yaponlar “Tesla”dan 2.4 milyard yen dəyərində (21.8 milyon dollar) 1.4 milyon səhm alıb. Qeyd edildiyi kimi, satışın səbəbi “Panasonic”in digər şirkətlərə investisiya üçün lazımi resurslar əldə etmək və əlavə mənfəət qazanmaq istəyi olub.

2020-ci ilin iyununda Amerikanın avtomobil istehsalçısı Yaponiyanın “Panasonic” şirkəti ilə litium-ion batareyaların istehsalı və tədarükü barədə üçillik müqavilə imzalayıb.

Son xəbərlər
Digər xəbərlər