La Liqa rəhbərliyi yaxın vaxtlarda pandemiya şəraitində matçların keçirilməsinin yenilənmiş tibbi reqlamenti layihəsini təqdim etməyi planlaşdırır.
Bu barədə “Yahoo Sports” bildirib.
Layihənin məqsədi azarkeşlərin stadionlara qismən qayıdışıdır. Güman edilir ki, azarkeşlər stadionlara kiçik qruplar şəklində buraxılacaq, həmçinin hər bir insanın hərarəti icbari şəkildə ölçüləcək. Bunlarla yanaşı, azarkeşləri matç zamanı tibbi maska taxmağa məcbur edəcəklər.
Mövsümün sonunda La Liqa prezidenti Havyer Tebas bildirib ki, tamaşaçıların 10-15%-nin matçlarda olması planlaşdırılır.
Report