12 C
Baku
Friday, March 29, 2024

“Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq”

Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib.

Bu fikirləri Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq. Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.

Son xəbərlər
Digər xəbərlər