10 C
Baku
Thursday, December 12, 2024

Pandemiya başlayandan ASB Bank-ın depozit portfeli günbəgün ‘əriyir’

“Azərbaycan Sənaye Bankı” ASC 2021-ci ilə balans hesabatı üzrə nəticələri analiz etdikdə məlum olur ki, ilk yarım ili uğursuz tamamlayır. Bunu, bankın həm aktivləri, həm də öhdəliklər üzrə rəqəmlərin dəyişməsi deməyə əsas verir.

2021-ci ilin əvvəlində bankın 911.5 mln. manatlıq aktivlərin həcmi “əriyərək”  864.68 milyon manata qədər geriləyib. Bu isə son yarım ildə 46.82 mln. manat (5.1%) azalma deməkdir. Aktivlərindəki azalmanı tətikləyən əsas amil isə müştərilərə verdiyi kreditin həcminin 19.2% azalmaqla 256.06 milyon manata, “nostro” hesabların 70.38 milyon manata düşməsdir. Banklarda olan depozitlərin həcmi isə son altı ayda 12% artımla 495.66 milyon manata yüksəlib.

ASB Bank-ın öhdəliklərinin həcmi 6% azalma yaşamaqla 758.93 milyon manata qədər düşüb. Öhdəliklərin önəmli hissəsi olan müştərilərdən cəlb edilən depozitlərin həcmi isə son altı ay ərzində 49.81 milyon manat, yaxud 7.78% azalmaqla 590.12 milyon manata qədər düşmüşdür.

ASB Bank-ın müştərilərdən cəlb etdiyi depozitləri son rüblərdə:

  • 1 iyul 2020: 655.31 mln. manat
  • 1 oktyabr 2020: 662.27 mln. manat
  • 1 yanvar 2021: 639.93 mln. manat
  • 1 aprel 2021: 615.06 mln. manat
  • 1 iyul 2021: 590.12 mln. manat

Öhdəliklərin qalan 113.78 milyon manat banklar və digər maliyyə institutlarından cəlb edilən depozitlər və 40.16 milyon manat isə həmin qurumlardan cəlb edilmiş kreditlərdir.

 

Son xəbərlər
Digər xəbərlər