Pandemiya ilində dünyada milyonçuların sayı 5.2 milyon nəfər artıb, yəni yetkin insanların 1%-dən çoxu zənginləşib.
Banker.az bu barədə xarici Kİv-ə istinadən xəbər verir.
Bildirildiyi kimi, onların sərvəti iqtisadiyyatı dəstəkləmək, mərkəzi bankların faiz dərəcələrini aşağı salmaq, o cümlədən aktivlərin və daşınmaz əmlakın dəyərini artırmaq məqsədilə ayrılan dövlət ödəmələri sayəsində böyüyüb.
Bununla yanaşı, Yer kürəsinin yetkin əhalisinin rifah səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. 2020-ci ilin nəticələrinə görə, dünya sərvətinin həcmi 7.4% böyüyüb. Son on ildə varidatı 10-100 min dollar olan insanların sayı təxminən üç dəfə – 507 milyon nəfərdən 1.7 milyard nəfərədək artıb.