9 C
Baku
Thursday, December 12, 2024

Pandemiya Misir iqtisadiyyatına 7,6 milyard dollar dəyərində zərər vurub

Yeni növ koronavirus pandemiyasının davam etdiyi üç ay ərzində Misir iqtisadiyyatı 7,6 milyard dollar dəyərində zərərə uğrayıb.

Bunu Maliyyə naziri Məhəmməd Mait keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, pandemiya ilə mübarizə şəraitində bir çox istehsalat və xidmət sahələrinin bağlanılması zəruri olub. Lakin bu addımların insanların rifahına mənfi təsiri vətəndaşların sağlamlığı ilə iqtisadi fəallığın arasında balans yaradılmasını tələb edir.

Misirin Maliyyə naziri əlavə edib ki, iyunun 15-dən karantin rejiminin daha çox yumşaldılması və iş yerlərinin tam açılması vətəndaşların marağına uyğundur. O xatırladıb ki, indiyədək iş yerlərini itirənlərə müavinət verilib və bağlanan kiçik və orta sahibkarlıq obyektlərinə 185 milyon dollar həcmində yardım göstərilib.

Qeyd edək ki, Misirin iqtisadi gəlirlərinin əsasını təşkil edən turizm sektorunun fəaliyyətinin dayanması hər ay 1 milyard dollar həcmində itkiyə səbəb olub. COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaq məqsədilə hökumət Beynəlxalq Valyuta Fondu ilə 5,2 milyard dollarlıq kredit ayrılması barədə razılıq əldə edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər