9 C
Baku
Thursday, December 12, 2024

Pandemiya zamanı istifadəçilər mobil tətbiqlərə 200 milyard saat sərf ediblər

İstifadəçilərin 2020-ci ilin ikinci rübündə mobil tətbiqlərdə keçirdikləri vaxt 40% artıb.

Banker.az xəbər verir ki, bu barədə App Annie məlumatlarına istinadən “Kommersant” yazır. Orta hesabla bu rübün bir ayı ərzində bütün dünyada istifadəçilər müxtəlif tətbiqlərə rekord 200 milyard saat vaxt sərf ediblər.

Hindistanda bu göstərici 35%, Rusiyada 15%, İtaliya və İspaniyada 30%, İndoneziyada 25%, Braziliyada 20% və ABŞ-da 15% artıb. Ümumilikdə 2020-ci ilin birinci rübündə istifadəçilər 34,5 milyard tətbiq yükləyib, onların çox hissəsi (təxminən 25 milyard) Google Play-ın payına düşür.

Qeyd edildiyi kimi, Google Play-da ən çox yüklənilən tətbiqlər “biznes” (115%), “sağlamlıq və fitnes” (75%) və “təhsil” (50%), iOS-da isə “sağlamlıq və fitnes” (30%), “alış-veriş” (25%) və “tibbi tətbiqlər” (20%) kateqoriyalarına aiddir.

Son xəbərlər
Digər xəbərlər