8 C
Baku
Friday, December 13, 2024

Pandemiya “Zara”nın sahibinə 198 mln. avro ziyan vurub

Maliyyə ilinin birinci yarısında (1 fevral – 31 iyul) İspaniyanın “Inditex Group” şirkətinin itkisi 198 milyon avro təşkil edib. Xatırladaq ki, “Inditex” şirkəti “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius”, “Oysho” və digər geyim və ayaqqabı brendlərinə sahibdir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, şirkətlər qrupu keçən ilin eyni dövrünü 1,55 milyard avro mənfəətlə başa vurub. Beləliklə, onun fevral-iyul aylarında gəliri 37% azalaraq 8,033 milyard dollar təşkil edib.

Qeyd edildiyi kimi, “Inditex”in fəaliyyətinə ilk növbədə pandemiya təsir göstərib. Belə ki, şirkətin dünya ölkələrindəki mağazalarının fəaliyyəti koronavirus səbəbindən dayandırılmışdır. Hal-hazırda bəzi məhdudiyyətlər qüvvədə qalır – holdinqin satış nöqtələrinin təxminən 2%-i işləmir. Bununla yanaşı, qrupun verdiyi məlumata görə, onlayn satışlar 74% artıb. İtkilərə baxmayaraq, “Inditex” səhmləri 5% bahalaşıb.

“JPMorgan” analitiklərinin hesablamalarına görə, Avropada dəbli geyim satışı iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15%, may ayında isə 42% azalıb.

Son xəbərlər
Digər xəbərlər