1 C
Baku
Cümə, Yanvar 21, 2022

Pandemiyadan sonra ən çox hansı peşələrə tələbat olacaq

Mütəxəssislər Covid-19 koronavirus pandemiyasının bitməsindən sonra ən çox tələbat olan peşələri proqnozlaşdırıblar.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Belə ki, Proqressiv Təhsil İnstitutunun mütəxəssislərinin fikrincə, yaxın gələcəkdə müəssisələr, fərdi maliyyə və vaxt idarəetmə mütəxəssisləri üçün böhran əleyhinə məsləhətçilərə tələbat artacaq.

Şirkətlərin elektron formatda işə keçməsi ilə əlaqədar olaraq proqramçılar, proseslərin rəqəmsallaşdırılması üzrə mütəxəssislər, SMM və kontent mecerlərə tələb yüksək olacaq.

Pandemiyadan sonra insanlar öz sağlamlıqları ilə daha çox maraqlanacaqlar. buna görə də onlayn işləyə bilən sosial işçilərə və baxıcılara ehtiyac artacaq. Əlavə olaraq, psixoloqlara tələbin artacağı qeyd olunur.
Mütəxəssislər yeni vəziyyətdə tamamilə yeni peşələrin meydana çıxacağına da əmindirlər.

“Məsələn, hüquq və PR rəqəmsal bacarıqlar ilə, mühəndislik tibb ilə, robototexnika isə kənd təsərrüfatı ilə birləşmək məcburiyyətində qalacaq”.

Son xəbərlər
Oxşar xəbərlər