12 C
Baku
Friday, March 29, 2024

Pandemiyadan sonra iqtisadi dirçəlişin ən yavaş olduğu ölkələrin adları açıqlanıb

Pandemiyadan sonra iqtisadi dirçəlişin ən yavaş olduğu qitə Afrika olub.

Banker.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri məlumat verib.

Bildirildiyi kimi, 2021-ci ildə bu ölkələrdə ÜDM-nin cəmi 3.7%, 2022-ci ildə isə 3.8% artması gözlənilir. Bunun əsas səbəbi kimi Afrikada COVID-19 əleyhinə peyvənd çatışmazlığı probleminin olması göstərilir.

Afrikada sənaye baxımından ən inkişaf etmiş ölkə CAR seçilib. BVF 2021-ci ildə bu dövlətin iqtisadiyyatının 5% artacağını proqnozlaşdırır. Nigeriyanın ÜDM-si bahalı neft hesabına 2.6% artacaq, Anqola iqtisadiyyatı isə 2021-ci ildə tənəzzüllə üzləşəcək.

Afrika ölkələrinin inkişaf perspektivləri pandemiyanın inkişafından və vaksinasiya nisbətindən asılı olacaq. BVF-nin vurğuladığı kimi, kənardan maliyyə və texniki yardım olmasa, Afrikada onilliklər ərzində əldə edilən irəliləyiş təhlükə altına düşəcək.

Xatırladaq ki, daha əvvəl BVF dünyanın bütün ölkələrinin milli borcunun 88 trilyon dollara çatdığını yazıb. Bu, dünya ÜDM-sinin demək olar ki, 100%-ni təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, iqtisadçılar göstəricilərin qismən sabitləşəcəyini gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər