6 C
Baku
Saturday, December 14, 2024

“Pano” ASC-nin zərəri 7 dəfəyə yaxın artıb

Azərbaycanda qapı, pəncərə və digər profillər hazırlayan “Pano” ASC 2022-ci ili 582 min manat zərərlə başa vurub. 2021-ci ildə ASC-nin zərəri 85 min manat olub ki, bu da illik müqayisədə 6.8 dəfə artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Pano” ASC-nin əsas əməliyyat gəlirləri 2 milyon 260 min manat (əvvəlki ilə nisbətən 36% azalma), satışın maya dəyəri 1 milyon 144 min manat (əvvəlki ilə nisbətən 46% azalma) təşkil edib.

Hesabat dövründə “Pano” ASC-nin cəmi aktivləri 6 milyon 708 min manatdan 6 milyon 848 min manata, cəmi öhdəlikləri 6 milyon 702 min manatdan 6 milyon 842 min manata çatıb.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyət göstərməyə başlayan “PANO” ASC pəncərə və qapılar üçün alüminium profillərin, WPС ekstruziya məhsullarının, pəncərə altılar üçün örtüklərin, interyer və eksteryer üçün dekinq-məhsulların, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər