Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Parabank” ASC-nin 20 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından (BFB) verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 100 min səhm buraxılacaq.
Yerləşdirmənin anderrayteri qismində “Unicapital” ASC çıxış edir.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın kapitalı təqribən 2 dəfə – 41,9 milyon manatadək, məcmu kapitalı isə 40,09 milyon manatadək artacaq.