“Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Banker.az bildirir ki, bu barədə BOKT-un İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov məlumat verib.
İstiqrazların hər birinin nominal dəyəri 1 000 manat olacaq və 5 000 ədəd istiqraz buraxılacaq. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. (fins.az)
Məlum olduğu kimi, “Parabank” ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdi. Bu bankın hüquqi varisi Palatanın icazəsi ilə “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC yaradılmlış və ötən ilki qərara əsasən isə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya vermişdi.