-1 C
Baku
Sunday, December 15, 2024

Paradise Papers: Dünya liderlərinin ofşor fəalliyətinin arxivi nəşr edildi

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) dünya siyasətçilərinin, şirkət liderlərinin, onların qohumlarının və partnyorlarının ofşor fəaliyyəti ilə bağlı arxivi öz saytında nəşr edib.

Banker.az xəbər verir ki, ümumilikdə siyahıda 120-dən çox insan yer alıb.

Sözügedən bu arxiv Paradise Papers (Cənnət sənədləri) adını alıb və ümumi olaraq 13,4 milyon sənəddən ibarətdir. Məşhur şəxslərin siyahısında ilk növbədə ABŞ prezidenti Donald Trump, Böyük Britaniya kraliçası II Yelizaveta, Apple, Uber və digər nəhəng şirkətlərin məmur və menecerləri yer alıb.

Məsələn, nəşr edilən məlumatlara əsasən, britaniyalı monarx 2004-2005-ci illər dövründə öz şəxsi fondundan Kayman və Bermud adalarında yerləşən fondlara təqribən 10 milyon funt sterlinq köçürüb.

Son xəbərlər
Digər xəbərlər