24 C
Baku
Monday, April 29, 2024

Paradoks Alle – insan rasional varlıq deyil

Alle paradoksu müasir iqtisadi nəzəriyyədə ən fundamental əhəmiyyətli və ən məşhur paradokslardan biridir.

Moris Alle, müasir zamanımızın görkəmli alimi olmaqla bərabər, 1988-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Rəsmi olaraq o, Nobel mükafatı ilə “bazarlar və resurslardan effektiv istifadə nəzəriyyəsinin novator tərtibinə” görə təltif olunub. Fəqət Allenin elmin bu istiqamətdəki işləri bir sıra səbəblər üzündən, nə onun Nobel mükafatı ilə təltif edildiyi anda, nə də indi o qədər tanınmış deyillər.

Belə görünür ki, ona daha çox məşhurluq gətirən Fon Neyman Morqenşternin “gözlənilən fayda nəzəriyyəsi” ilə bağlı praktiki yoxlanış təcrübələrinin nəticələri olmuşdur. Eksperimentin nəticəsi “paradoks Alle” adını almışdır.

Bu nəticələr 1952-ci ildə Parisdə keçirilən ekonometriya üzrə konfransda elmi ictimaiyyətə təqdim olunmuş və 1953-cü ildə Econometrica top-jurnalında məqalə şəkilində dərc olunmuşdur: “Risk şəraitində rasional insanın davranışı: postulatların tənqidi və Amerikan məktəbi aksiomu”.

Qeyd: postulat (riyaziyyatda, məntiqdə: sübutsuz olaraq əsas götürülən müddəa, fərziyyə.

Alle paradoksunun mahiyyəti

Variantlardan biri: «insanlar 2-nin 1-ə 100 frank udmaq şansındansa 40 frank götürməyi daha üstün tuturlar»
( Sadə və rahat anlaşılan olsun deyə paradoksun bütün variantları olduqca sadə və modifikasiya edilərək aydın bir nümunə üzərində təqdim edilib).

Sizin üçün daha üstün olanı seçin

A) 100% ehtimalla zəmanətli 99 dollar

Və ya

B) 99% ehtimalla 100 dollar

(Eksperiment daha dürüst olsun deyə 99 və 100 dollarlıq məbləğ 1 dollarlıq kupyura şəkilində təqdim olunur: 99 və 100 ədəd 1 dollarlıq kupyura).

Orta uduş həcmi hər iki halda 99 dollara bərabərdir və eyniliklə bir-birinə bərabərdir:

$99 × 100% = $99 = $99 = $100 × 99%

Amma çoxsaylı eksperimentlər göstərir ki,

1. A və B variantlarına insanların üstünlük verməsi səviyyəsi bir-birinə bərabər deyil

2. İnsanlar mütləq çoxluqla (a) variantına üstünlük verirlər.

Həlli:

İlk baxışda olduqca sadə görünən bu eksperiment 50 ildən uzun müddət ərzində lazımı qaydada öz həllini tapmamışdı. Daha bir Nobel laureatı, Daniel Kaneman və Riçard Taler 2005-ci ildə yazırlar: Alle paradoksundan başlayaraq, faydalılıq nəzəriyyəsinin bir sıra müasir problemləri…insanların verdiyi üstünlüklərin bir-biri ilə uyğun gəlmədiyini nümayiş etdirdi».

Bu müddət ərzində Alle paradoksunun onlarla həlli variantları təklif edilib, amma onların hamısı təcridlənmiş və lokal idi, bir də Alle paradoksunun yaratdığı digər paradoks və problemlərlə ziddiyyətə girirdi

Alle paradoksu “böyük miqdarda nəzəri, eləcə də empirik araşdırmaların başlanmasına rəvac verir”, bu sırada on illər ərzində həll edilməsi mümkün olmayan problemlər və paradokslar daxil olur. Sonda belə bir şübhə yaranır ki, ümumiyyətlə iqtisadi nəzəriyyə prinsip etibarı ilə bu paradoksu və problemləri həll etmək iqtidarındadırmı, bu isə insanın nə dərəcədə rasional olması barədə məsələnin qoyuluşuna rəvac verir.

2002-ci ildə Daniel Kaneman insanların qeyri müəyyənlik qarşısında qərarlarının araşdırlması zamanı psixologiyanın tətbiqinə görə iqtisadiyyat üzrə Nobel mükafatı alır. Onun (digər həm müəlliflər) ilə birlikdə apardığı araşdırmalar göstərir ki, insanları irrasional hesab etmək olar.

Paradoksun əhəmiyyəti

İqtisadi nəzəriyyənin baş qəhrəmanı (hərəkətverici şəxsi) insandır. Alle paradoksu və onun doğurduğu digər paradoks və problemlər insanın rasionallığı ilə bağlı məsələni və nəticə etibarı ilə rasional iqtisadi nəzəriyyənin qurulması ilə bağlı prinsipial mümkünlük məsələsini ortaya çıxarır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər