12 C
Baku
Wednesday, December 11, 2024

ABB-nin səhmdarları Müşahidə Şurası və İdarə Heyətinin təyin edilməsi ilə bağlı toplaşırlar

Dövlətə məxsus olan ABB-nin ( “Azərbaycan Beynəlxalq Bankı” ASC) İdarə Heyəti səhdmarlarına xəbər göndərib ki, 20 may 2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

  1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2023-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;
  2. 2023-cü ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;
  3. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibi;
  4. “ABB” ASC-nin İdarə Heyəti sədrinin təyin edilməsi;
  5. “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərinə əsasən “ABB” ASC-də bir sıra əməkdaşların mükafatlarının təxirə salınması;
  6. Əlavə səhmlərin buraxılması yolu ilə “ABB” ASC-nin nizamnamə kapitalının artırılması;
  7. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizamnaməsinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi.
Son xəbərlər
Digər xəbərlər