8 C
Baku
Friday, March 29, 2024

Paris aeroportlarında uçuşların 20-25 faizi ləğv olunub

Paris regionunda (İl-de-Frans) güclü qar səbəbindən “Orli” və “Ruassi” hava limanlarında xeyli aviareys yerinə yetirilməyib.

“Ruassi” aeroportunda uçuşların 20 faizi, “Orli”də isə 25 faizi ləğv edilib. Fransa Mülki Aviasiya İdarəsindən bildiriblər ki, “İl-de-Fransa qar yağacağı gözlənildiyi üçün çərşənbə günü Paris hava limanlarında hava hərəkəti ciddi şəkildə pozulacaq”.

Bundan əlavə, İl-de-Frans regionunun hakimiyyət orqanları sakinlərdən xahiş edib ki, çərşənbə günü hərəkətlərini mümkün qədər məhdudlaşdırsınlar və əlverişsiz hava şəraitini nəzərə alaraq evdən işləsinlər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər