“Paris Klubu” Somalinin təxminən 1,4 milyard dollarlıq kredit borcunu sildiyini açıqlayıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Qərarın borc yükünün çox olduğu ölkələrə münasibətdə başladılan təşəbbüs çərçivəsində qəbul edildiyi bildirilib.
“Paris Klubu” iclas zamanı Somalinin 2,7 milyard dollarlıq borcunu müzakirə edib.
Yekunda isə borcun 1,4 milyard dollara bərabər hissəsi silinib, yerdə qalan hissəsi isə yeni şərtlərlə kreditləşdirilib.
Qeyd edək ki, “Paris Klubu” kreditor dövlətləri birləşdirən və 21 ölkənin üzv olduğu beynəlxalq təşkilat və suveren borcalanlara kredit şərtlərinin yenidən baxılması məsələlərini müzakirə etmək üçün kreditor ölkələrin qeyri-formal qurumudur
©Oxu.az