10 C
Baku
Friday, December 13, 2024

Paris, London yaxud Frankfurt: Avropanın maliyyə mərkəzi elan edildi

Britaniyalı bankirlərin əksəriyyəti (72%) belə iddia edirlər ki, London növbəti 5 il ərzində Avropanın maliyyə mərkəzi olaraq qalacaq. Synechron şirkətinin həyata keçirdiyi araşdırma bu fikri səsləndirməyə əsas verib.

Bununla yanaşı, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi britaniyalı bankirlər üçün əsas problem olaraq qalmaqdadır. Bununla əlaqədar olaraq, britaniyalı bankirlərin yarıdan çoxu Brexit üzrə komitələr yaradıblar və bu komitələrin köməkliyi ilə dəyişiklikləri nizamlamağı planlaşdırırlar.

Vacib məsələlərdən biri də dünyanın maliyyə mərkəzi rolunun Londondan başqa şəhərə keçməsidir. Ekspertlərin qiymətləndirməsinə görə isə, bu dəyişiklik bankirlərə 1 əməkdaş üçün 50 min funt sterlinqə başa gələcək.

Həmçinin, araşdırmanın nəticələrinə görə, bankların top-menecerlərinin 78%-i Brexitin Böyük Britaniyanın maliyyə bazarlarına mənfi təsur edəcəyini hesab edir. Top-menecerlərin 82%-i isə ölkənin Avropa İttifaqından çıxmasının sonuncuya da mənfi təsir edəcəyini bildirib.

Qeyd edək ki, araşdırmada maliyyə sahəsində çalışan 80 Top-menecer iştirak edib.

Əvvəllər də, məlumat verdiyimiz kimi, ekspertlər Brexitin Britaniya iqtisadiyyatını uzun müddətlik sarsıdacağını iddia edir. EY Item Club analitikləri belə hesab edirlər ki, Brexit ölkə iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflədəcək. Ümumilikdə isə, analitiklər bildirirlər ki, 2017-ci ildə ölkədə inflyasiya 2,6%-ə çatacaq. Və yalnızca 2018-ci ildə bu göstərici 1,8%-ə enəcək. 2016-cı ildə iqtisadiyyatın artımı 1,9% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər